Bağlanan iki bankın əmlakı hərraca çıxarılır

Bağlanan iki bankın əmlakı hərraca çıxarılır

Azərbaycanda ləğvetmə prosesində olan banklardan ilk olaraq "Royal Bank” və "Atrabank” ASC-lərinin əmlakları hərraca çıxarılacaq.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda bununla bağlı müqavilə imzalanacaq: 

"Artıq Hərrac Mərkəzi ilə danışıqlar aparılıb. Fondun Himayəçilik Şurası tərəfindən əmlakların hərraca və satışa çıxarılması qaydaları hazırlanıb və təsdiqlənib. 

Yaxın zamanlarda Hərrac Mərkəzi ilə müqavilə imzalanacaq. "Atrabank”ın bütün əmlakı satışa çıxarılacaq. Əmlaklar satıldıqca, kreditorların tələbləri daha sürətlə yerinə yetiriləcək.

"Atrabank”ın əmlakının bazar dəyəri 14 milyon manat dəyərində qiymətləndirilir. Əmlakların balans dəyəri isə 37 milyon manat təşkil edir”.

Aktual.az 
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR