BakuBus"ın 6 saylı avtobusunun hərəkəti istiqaməti dəyişdirilir

BakuBus

"BakuBus"a məxsus 6 saylı avtobusun hərəkəti istiqaməti müvəqqəti dəyişdirilir.

Aktual.az APA -ya istinadən xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

"Bu gün və sabah Bakının bəzi küçələrində gedən təmir-bərpa işləri ilə əlaqədar "BakuBus"a məxsus 6 saylı avtobus "Azadlıq" metrostansiyası önündən "İçərişəhər" metro stansiyasına qədər hərəkət edəcək", - deyə N.Allahyarova bildirib.

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR