"BakuBus" əlavə marşrutlar açır


Gələn il "BakuBus" şirkətinin avtobusları 6 yeni marşrut üzrə hərəkət edəcək.

Bunu "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova şirkətin saytının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, şirkətin planlarına "BakuBus"un avtobus marşrutları ilə bütün paytaxtı əhatə etmək daxildir: "Əvvəlcə 14 marşrutu işə salmağı planlaşdırırıq. Onlardan səkkizi artıq şəhərdə işləyir və əsasən mərkəzi əhatə edir. Gələn il qalan 6 marşrutu işə salmağı planlaşdırıq".

Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR