“Baku Business Factory” da biznes forum keçirəcək

“Baku Business Factory” da biznes forum keçirəcək

Oktyabrın 10-da “Baku Business Factory”nin təşkilatçılığı ilə təşəbbüskarlıq mövzusunda biznes forum keçiriləcək. 

Forumda dövlət rəsmiləri, bir çox yerli aparıcı şirkətlərin nümayəndələri, biznesmenlər, elm xadimləri və xarici mütəxəssislər iştirak edəcəklər.

Forumun əsas məqsədi Azərbaycanda son illərdə sürətlə inkişaf edən yeni biznes təşəbbüslərini təşviq etmək və bu sahədə dünya miqyasında uğurlar qazanmış şəxslərin öz təcrübələrini gənclərlə bölüşməsinə şərait yaratmaqdır.

Forum bu istiqamətdə atılan ilk addımdır və gənc təşəbbüskarların biznes biliklərinin artırılması üçün davamlı olaraq bu tərzdə forumlar, seminarlar və təlimlər keçiriləcək.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin (www.anaralizade.com) təşəbbüsü ilə yaradılmışdır. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək ağıllı biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

Daha ətraflı məlumat üçün BBF-in rəsmi saytına (www.bbf.az) daxil ola və ya təşkilatla telefon (012 599 04 05/06) vasitəsilə əlaqə saxlaya bilərsiniz.\trend

Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR