"Baku Bus" qəza törətdi - ölən var


Bakıda sərnişin avtobusu piyadanı vurub öldürüb.

Aktual.az Trend
-ə istinadən xəbər verir ki, hadisə martın 1-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

"Baku Bus" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3 saylı marşrut üzrə sərnişin daşıyan avtobus hərəkətdə olarkən "Koroğlu" parkı ərazisindən yola çıxan qadını vurub. Hadisə nəticəsində vurulan qadın - 1956-cı il təvəllüdlü Bayramova Həqiqət Əbdülhüseyn qızı hadisə yerindəcə dünyasını dəyişib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev  bildirib ki, hadisə piyadanın səhlənkarlığından baş verib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 898 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR