Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə öldü (YENİLƏNDİ) - FOTO

Bakıda polis polkovnikinin xanımı faciəvi şəkildə öldü (YENİLƏNDİ) - FOTO

S.ismayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Ələmərdanlı kəndində anadan olub.
 
Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "İnformatika” kafedrasının müəllimi idi.
Məlumata görə, S.İsmaylovanın həyat yoldaşı polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir. (criminal.az)

***
Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

8-ci mikrorayon, Cəfər Xəndan küçəsində "BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb. (lent.az)
 
 
Aktual.az
Xəbər 5017 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR