Bakıya Avropanın 400-dən çox şirkətinin nümayəndəsi gələcək

Bakıya Avropanın 400-dən çox şirkətinin nümayəndəsi gələcək

Bakıda keçiriləcək Azərbayacan-Avropa İttifaqı (Aİ) biznes forumunda Avropanın 400-dən çox şirkətinin nümayəndəsinin iştirakı planlaşdırılır.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
K.Yankauskas bildirib ki, biznes forum iyun ayının əvvəllərində keçiriləcək:
"Azərbaycan ciddi iqtisadi islahatların icra olunması prosesindədir. Bu, ölkəyə rəqabətqabiliyyətliliyi artırmaq və iqtisadi sabitliyi gücləndirməyə imkan verəcək. Aİ həm bunda, həm də əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Hazırda Azərbaycan və Aİ yeni tərəfdaşlıq sazişi üzərində işləyir. Bundan başqa, iyunun əvvəlində Bakıda böyük biznes forumun keçirilməsi planlaşdırılır".
 
Aktual.az
Xəbər 587 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR