Bakının mərkəzində zəncirvari qəza: ölən və yaralılar var - ADLAR

Bakının mərkəzində zəncirvari qəza: ölən və yaralılar var - ADLAR

Daxili İşlər Nazirliyi (DİN) mayın 31-də Bakıda, Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı məlumat yayıb.

Aktual.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, mayın 31-də saat 14 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Ağamirzə Heybətov idarə etdiyi "Toyota" markalı avtomobillə arakəsmə səddini aşaraq yolun əks istiqamətinə çıxıb və paytaxt sakini Aysel Quliyevanın idarə etdiyi "Hyundai" və Quba rayon sakini Şəhriyar Ələsgərovun idarə etdiyi "Volkswagen" markalı avtomobillərlə toqquşub. Nəticədə A.Quliyeva, Ş.Ələsgərov və sərnişini xəstəxanaya yerləşdiriliblər, xanım sürücü orada ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

*****

Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

Aktual.az lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində "Toyota" markalı, 99 RL 220 nömrəli, "Wolksfagen Passat" markalı, 90 CJ 620 nömrə nişanlı və "Hyundai" markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı 3 avtomobil toqquşub.

Nəticədə "Hyundai Accent"i idarə edən 32 yaşlı Aysel Quliyeva vəfat edib. Digər avtomobillərdə olan 22 yaşlı Seymur Davudov və 23 yaşlı Şəhriyar Ələsgərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Aktual.az

Xəbər 901 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR