Bakının mərkəzində partlayış - FOTO/VİDEO - YENİLƏNİB-2

Bakının mərkəzində partlayış - FOTO/VİDEO - YENİLƏNİB-2

Bakının mərkəzində, metronun "28 may” stansiyasının yaxınlığında partlayış baş verib.

"Report” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Partlayış yanğınla müşahidə olunub.
Hadisə "Ofisait" mağazasının yanındakı obyektdə baş verib. Hadisə zamanı "Ofisait" mağazasına da ziyan dəyib.
 
*****
 Bakının mərkəzində, metronun "28 may” stansiyasının yaxınlığında baş vermiş partlayış zamanı bir nəfər yanıq xəsarətləri alıb.

"Report"un əməkdaşı xəbər verir ki, yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
 
*****

Hadisə yerinə gəlmiş "Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

"Report”un xəbərinə görə, o bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. 
Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub: "Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.
"Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.
R.Əliyev hadisə nəticəsində ölənlərin olmadığını, bir nəfərin xəsarət aldığını bildirib.

Xəbər 1662 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR