Bakının ən böyük prospektlərindən biri bağlandı

Bakının ən böyük prospektlərindən biri bağlandı

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, buna aramsız yağan yağışlar səbəb olub.

Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.

Həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Aktual.az

Xəbər 743 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR