Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılır - AÇIQLAMA

Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılır - AÇIQLAMA

Mayın 8-də "10-cu zavod dairəsi"ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun "Koroğlu" stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
 
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
 
V. Əsədov deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar həmin gün təlim-məşqlərə start veriləcək: "Bu yollarda məhdudiyyət həmin gün günorta saatlarından axşama saatlarına qədər davam edəcək”.
 
Aktual.az
Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR