Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bakının Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bu barədə Aktual.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, məhdudlaşdırılma aparılacaq təmir işləri ilə əlaqədardır. Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Aktual.az

Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR