Bakının bir hissəsi susuz qalacaq

Bakının bir hissəsi susuz qalacaq

Bakının bir çox küçə və prospektlərində suyun verilişi dayandırılacaq.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən  verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 18 fevral 2016-cı il saat 23:00-dan 19 fevral 2016-cı il saat 18:00-dək Nizami rayonu Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR