Bakıdan Həccə avtomobillə getmək olarmı?

Bakıdan Həccə avtomobillə getmək olarmı?

Azərbaycandan olan bir neçə zəvvar şəxsi avtomobili ilə Həccə getmək istədiyini QMİ-yə bildirib. 

Aktual.az  modern.az-a istinadən xəbər verir ki, amma onlar müsbət cavab almayıb.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib ki, builki zəvvarlar arasında azalma müşahidə olunmur.

"Builki Həcc ziyarətinə yollanmaq istəyən zəvvarların sayında azalma yoxdur. Əksinə, Həcc ziyarətinə yollanmaq üçün çoxlu sayda insan yazılmışdı. Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılmış 600 nəfərlik  kvota tam dolub. Ötən illərlə nisbətdə bu il zəvvarlar arasında Hacı olmaq istəyənlər daha çoxdur”.

QMİ rəsmisinin sözlərinə görə, bu il də ziyarətə ancaq təyyarə ilə gediləcək.

"Həcc ziyarətinə qrup halında səyahət nəzərdə tutulur. Əvvəllər avtobusla da Həcc ziyarətinə yollanmaq mümkün olub. Bu il isə avtobusla Həcc ziyarətinə yollanmaq yoxdur. Ancaq təyyarə ilə Həcc ziyarətinə getmək olar. Əvvəllər avtobuslarla Həccə yollanan zəvvarlar mütləq şəkildə İraq və Suriya ərazisindən keçməli olurdular. İndiki halda isə həmin ölkələrdə vəziyyət mürəkkəbdir. Avtobusla, ya da şəxsi avtomobillə Həcc ziyarətinə getmək mümkün deyil. Avtobuslarla Həccə getməyə ziyarət təşkil olunmayıb.

Qaldı ki, avtomobillə ziyarət etməyə, bu, mümkün deyil. Çünki zəvvarların təhlükəsizliyi daha çox qorunur. Həm təhlükəsizlik, həm də təşkilati məsələlər baxımından buna imkan verilmir. Ancaq qrup halında təyyarələrlə Həcc ziyarətinə getmək olur”.
 
Aktual.az
Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR