Bakıda zirzəmidən meyit tapıldı: 6 ay əvvəl ölübmüş

Bakıda zirzəmidən meyit tapıldı: 6 ay əvvəl ölübmüş

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yarımtikilinin zirzəmisində 45-50 yaşlarında çürümüş kişi meyidi aşkar edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Aktual.az  salamnews-a istinadən bildirir ki, meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinələr zamanı naməlum meyidin üzərində heç bir xəsarət aşkar edilməyib, qətl versiyasının olmadığı bildirilir.

İşi araşdıran Sabunçu Rayon Prokurorluğunun müstəntiqi İlham Cəfərzadənin sözlərinə görə, meyidi aşkar edilən şəxsin tüfeyli həyat tərzi sürdüyü nəzərə çarpır. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Aktual.az  
Xəbər 803 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR