Bakıda zəncirvari yol qəzası: böyük tıxac yarandı - Yaralananlar var

Bakıda zəncirvari yol qəzası: böyük tıxac yarandı - Yaralananlar var

Bakıda zəncirvari yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yol qəzası paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə baş verib. Hadisə nəticəsində 1-i yük avtomobili olmaqla, 4 avtomobil toqquşub. Nəticədə iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisəyə səbəb yük avtomobilinin tuneldə saxlamasının səbəb olduğu deyilir. Yük avtomobili tuneldə qəfil dayandığından arxadan gələn "Mercedes" markalı 3 avtomobil bir-birinə çırpılıb.

Ərazidə böyük tıxac yaranıb. Hadisə yerinə cəlb olunan yol polisləri yaranmış tıxacı aradan qaldırmağa çalışır.
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR