Bakıda ZƏNCİRVARİ QƏZA: yaralılar var

Bakıda ZƏNCİRVARİ QƏZA: yaralılar var

Bakıda zəncirvari yol qəzası baş verib.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, saat 06:50 radələrində Mikayıl Useynov küçəsində ("Dalğa plaza"nın qarşısı) "Subaru", "Nissan" və "Ford" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Subaru"da olan 1990-cı il təvəllüdlü   Rəhimov Rasim Şəmsəddin oğlu, "Nissan"da olan sürücü Elman Manafov, sərnişinlər 1975-ci il təvəllüdlü Əliyev İlham Seyidağa oğlu, 1988-ci il təvəllüdlü Həsənov Gündüz Abbas oğlu və 1987-ci il təvəllüdlü Əkbərov Mehman Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. R.Rəhimov "City Hospital"a, digər yaralılar isə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Zəncirvari qəzada iştirak edən "Ford" hadisə yerindən yayınıb.
 
Qeyd edək ki, qəzaya yolun sürüşkən olması səbəb olub. Araşdırma aparılır.
 

Aktual.az

Xəbər 532 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR