Bakıda zəncirvarı qəza: 7 avtomobil toqquşub

Bakıda zəncirvarı qəza: 7 avtomobil toqquşub

Bakıda zəncirvarı qəza baş verib.

Aktual.az Oxu.az-a istinadən  xəbər verir ki, hadisə dünən axşam saatlarında Ziya Bünyadov prospektində yerləşən yeraltı yol ötürücüsündə (tunel) baş verib.

İlkin məlumata görə, qəzaya "QAZ-31029” markalı avtomobili idarə edən sürücü səbəb olub.

Qəza zamanı avtomobil sürət həddini aşıb. Nəticədə "QAZ-31029”-la yanaşı, 2 "Mercedes”, həmçinin "LADA Niva”, "Hyundai” və 2 digər avtomobilə ziyan dəyib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, tuneldə sıxlıq yaranıb.
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR