Bakıda yük maşını minik avtomobili ilə toqquşdu: 5 nəfər öldü (- FOTO + VİDEO)

Bakıda yük maşını minik avtomobili ilə toqquşdu: 5 nəfər öldü  (- FOTO + VİDEO)

Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölən azyaşlının kimliyi məlum olub.

"Report"un məlumatına görə, bu, 6 aylıq Hüseynova Cənnət İntamiz qızıdır. 
Qəza nəticəsində ölənlərin hamısı Laçın rayon sakinləridir. Qeyd edək ki, hadisə zamanı 5 nəfər ölüb.
***
Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölənlərin kimliyi məlum olub.

Aktual.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələrinin əməliyyatı nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
***
Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində "Mercedes" markalı minik avtomobilinin "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində ölənlərin hamısı bir ailənin üzvləridir. 

"Report"un məlumatına görə, onların arasında 6 aylıq körpənin də olduğu bildirilir. Ailə üzvləri Ağcabədi rayonundan, yas mərasimindən Bakıya qayıdırmış.
 Faktla bağlı araşdırma aparılır.
***
Bakıda yük maşını minik avtomobili ilə toqquşub. 

"Report"un məlumatına görə, hadisə Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb. 
Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "Mercedes" markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. 
Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır. 
Faktla bağlı araşdırma aparılır.


Xəbər 126 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR