Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub

Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub

Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az report.az-a istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Kərimova Mətanət Vaqif qızı Babək prospektində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Yaralı "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.


Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR