Bakıda yaşayış binasında yanğın - 35 nəfər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın - 35 nəfər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın baş verib.

Aktual.az  FHN-nin saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində baş verib. Nəticədə girişin şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
 
Aktual.az 
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR