Bakıda yaşayış binasında YANĞIN: 25 nəfər təxliyə edildi

Bakıda yaşayış binasında YANĞIN: 25 nəfər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən Aktual.az-a verilən məlumata görə, hadisə Bakı şəhərinin Yasamal rayonunda hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeydə alınıb. 
Belə ki, ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
 
Aktual.az
Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR