Bakıda yanğın baş verib: Ölən var

Bakıda yanğın baş verib: Ölən var

Bakıda yanğın qeydə alınıb.

Aktual.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli, 5 otağlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Aktual.Az
Xəbər 965 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR