Bakıda uşaq sanatoriyasında yanğın — 24 nəfər təxliyə olunub

Bakıda uşaq sanatoriyasında yanğın   — 24 nəfər təxliyə olunub

Bakıda uşaq sanatoriyasında yanğın olub.

Bakı şəhəri, Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı “Somatik” uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan 1 ədəd “Samsung” markalı kondisioner əriyib.

Yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Aktual.az

Xəbər 498 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR