Bakıda universitet tələbəsi faciəli şəkildə ölüb

Bakıda universitet tələbəsi faciəli şəkildə ölüb

Bakıda faciəli şəkildə ölən şəxsin Memarlıq və İnşaat Universitetinin tələbəsi olduğu məlum olub.

Aktual.az Report-a istinadən xəbər verir ki, Mehdiyev Samir Azi oğlu universitetin 205 a8-ci qrupunda təhsil alırmış.

Universitetin Mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, Samir Mehdiyev döyülmə deyil, avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, S.Mehdiyevin Azərbaycan Texniki Universitetinin tələbəsi olduğu bildirilirdi.

****

Bakıda ölüm hadisəsi baş verib.

Aktual.az Report-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Fikrət Əmirov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Mehdiyev Samir Azi oğlu ağır vəziyyətdə tapılıb. O, yoldan keçənlərin köməyi ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər S.Mehdiyevin ağır kəllə-beyin travması aldığını bildiriblər. Lakin onların səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S.Mehdiyev Azərbaycan Texniki Universitetinin tələbəsi olub. Onun tələbə yoldaşları bildirib ki, S.Mehdiyev bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, təhqiqat aparılır.
 
Aktual.az
Xəbər 1986 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR