Bakıda təcili yardımın sürücüsü və tibb bacısı döyüldü

Bakıda təcili yardımın sürücüsü və tibb bacısı döyüldü

Paytaxtda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları döyülüb

Aktual.az-ın Report-a istinadən xəbərinə görə, un xəbərinə görə, hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb.
 
Belə ki, "103" çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus "təcili yardım" avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Mənzil başına çatan stansiya əməkdaşları xəstənin yaxınları tərəfindən qarşılanıb. Ardınca onlar vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də sürücünü döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü sürücü Hacıyev Rizvan Rüfət oğlunu və 1972-ci il təvəllüdlü tibb bacısı Həsənova Ləman Elman qızı hadisə yerinə çağırılan digər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
 
Zərərçəkmişlər ilkin dindirilmə zamanı hadisə yerinə gecikdikləri üçün döyüldüklərini bildiriblər.
 
Hadisə yerində dünyasını dəyişən 1941-ci il təvəllüdlü İmanov Pirməmməd İman oğlu onkoloji xəstəlikdən əziyyət çəkib. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb.
Belə fikirlər var ki, ayrı-ayrı dairələr, məmurlar hətta parlamentin indiki tərkibində də tənqidlərin səslənməsini istəmədikləri üçün deputatların səlahiyyətlərini də məhdudlaşdırma yolunu tutublar. F.Mustafanın fikrincə, ola bilsin ki, bu cür niyyətdə yanaşmalar olsun: "Amma əsas məsələ odur ki? konstitusiyaya hörmətdən gedir. Deputat danışmayanda problemlər öz həllini tapacaqsa, hamılıqla susaq. Məsələyə bu qədər bəsit yanaşma olmaz. Qanunverici orqanın fəaliyyətini bu qədər məhdudlaşdırmaq dövlətin özünün də maraqlarına ziddir”.
Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR