Bakıda su sayğaclarını oğurlayan şəxs tutuldu

Bakıda su sayğaclarını oğurlayan şəxs tutuldu

Bakıda su sayğaclarını oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsinə (PB) Naximov küçəsindəki binaların birinin girişindən 7 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının iyulun 20-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək tutulub.

Araşdırmalarla onun Bakı şəhər sakini Taleh Rəsulov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Aktual.az
Xəbər 209 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR