Bakıda silah alverçisi saxlanılıb – FOTO

Bakıda silah alverçisi saxlanılıb – FOTO

Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Bölməsinə bir nəfər naməlum şəxsin metronun Qara Qarayev stansiyasının yaxınlığında silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, bölmə əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abbasov Tofiq Ələddin oğludur. Onun üzərinə baxış keçirilən zaman bir ədəd "TT” markalı tapança, 3 ədəd patron və tapança darağı aşkarlanıb. Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə ay əvvəl əldə etdiyini və satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.

Tapançadan hansısa cinayətdə istifadə edilib-edilmədiyini dəqiqləşdirmək məqsədilə ballistik ekspertizaya göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.




Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR