Bakıda sərxoş yeniyetmə intihar etdi

Bakıda sərxoş yeniyetmə intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Nəsimi Rayon Prokurorluğundan "Report”a verilən məlumata görə, rayonun Cavadxan küçəsində Məmmədov Rəvan Rövşən oğlu özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

O, hadisə baş verən zaman sərxoş olub. Belə ki, R.Məmmədov getdiyi toy mərasimindən sərxoş qayıdıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 447 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR