Bakıda sərv ağacını kəsən şəxs 2200 manat cərimələndi

Bakıda sərv ağacını kəsən şəxs 2200 manat cərimələndi

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi 38 ünvanında ağac kəsintisi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.


Bu barədə Aktual.az-a  nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Sözügedən əraziyə baxış keçirilib və məlum olub ki, tikinti işləri aparılan zaman 1 ədəd sərv ağacı kəsilib. Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Seymur İbrahimova ayrıldığı məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 2200 manat məbləğində cərimə edilib.

 
 Aktual.az
 
Xəbər 159 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR