Bakıda sement istehsalı 25% artıb

Bakıda sement istehsalı 25% artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 21,1% artaraq 363,4 mln. manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən Aktual.az-a verilən məlumata görə, sementin istehsalı 25,2%, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,4 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 30,1%, tikinti kərpicinin istehsalı 67,5% artıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 410,6 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 0,1%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 17%-lik azalma müşahidə olunub. On ay ərzində sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı 5,6 dəfə, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 2,4 dəfə artıb.

Aktual.az
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR