Bakıda restoranda FACİƏ: kişini tüstü bacasına atdılar - VİDEO

Bakıda restoranda FACİƏ: kişini tüstü bacasına atdılar - VİDEO

"Koroğlu" metrosunun çıxışındakı "Alov" restoranında faciə baş verib.

Aktual.az ölkə.az-a istinadən xəbər verir ki, naməlum şəxs restoranın tüstü bacasına girib. Onun buraya necə girməsi və ya düşməsi barədə heç bir məlumat yoxdur.
Hadisə yerinə dərhal FHN və polis əməkdaşları cəlb edilib. Tüstü bacasına düşən şəxs çıxarılıb və əraziyə gələn təcili tibbi yardım briqadası tərəfindən ona ilkin yardım göstərilib. Sonra isə təcili yardım maşını ilə ərazidən uzaqlaşdırılıb. O, adının Asif olduğunu bildirsə də, hadisə yerində olan polislər bu məlumatı təkzib ediblər.
Adının Asif olduğunu deyən şəxs gecə 02:00 radələrində onun başqa şəxslər tərəfindən tüstü bacasına atıldığını bildirib.
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR