Bakıda qonşular arasında dava olub, xəsarət alan var

Bakıda qonşular arasında dava olub, xəsarət alan var

Bakıda qonşular arasında dava olub.

Aktual.az report.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Babayev Müşfiq Yusif oğlu qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib.
Dava zamanı M. Babayev döyülərək xəsarət alıb. O, çənə sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR