Bakıda qəza: Hamilə qadın körpəsini itirdi – FOTO

Bakıda qəza: Hamilə qadın körpəsini itirdi – FOTO

Bakının Nəsimi rayonunda qəza zamanı hamilə qadının körpəsi tələf olub.

Aktual.az  Report-a istinadən xəbər verir ki, qəza Xan Şuşinski küçəsində qeydə alınıb.

Əhmədov Mansur idarə etdiyi "VAZ-2107” markalı avtomobillə dönmə əməliyyatı edərkən arxadan gələn "Range Rover” ona çırpılıb. Zərbənin təsirindən "VAZ”-da olan 1984-cü il təvəllüdlü Lanskix Yelena Aleksandrovna bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Ginekologiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, hamilə qadın qəza zamanı qarın nahiyəsindən ağır xəsarət alıb və uşağı tələf olub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.





Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR