Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Bakı şəhərində qadınlara qarşı soyğunçuluq edən şəxs tutulub.

DİN Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri X.Əliyevanın qızıl boyunbağısını və Ü.Xəlilovaya zor tətbiq edərək içərisində 110 manat, 100 ABŞ dolları, bankomat kartları və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Camaləddin Qəmbərov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR