Bakıda qadın sevgilisi tərəfindən bıçaqlandı

Bakıda qadın sevgilisi tərəfindən bıçaqlandı

Bakıda kafedə xidmətçi işləyən qadın qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanıb.

Aktual.az  report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən "Mor-Mor" kafesində xidmətçi işləyən 1984-cü il təvəllüdlü Hümbətəliyeva Tərgül Məzahir qızı müştəri tərəfindən bıçaqlanıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. 

T.Hümbətəliyeva polisə ifadəsində bildirib ki, o, 4 aydır qeyri-rəsmi nikahda yaşadığı (həmin şəxsin adı hələlik açıqlanmır) kişi tərəfindən bıçaqlanıb.
Faktla bağla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR