Bakıda qadın banka hücum edib

Bakıda qadın banka hücum edib

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb

Aktual.az  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialından polisə "həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.

Əməkdaşlar obyektin qarşısında olan 1971-ci il təvəllüdlü Flora Qarayevanı əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.

Faktla bağlı 13-cü Polis Bölməsinin təhqiqat şöbəsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 488 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR