Bakıda polis zabiti 3 maşını əzdi

Bakıda polis zabiti 3 maşını əzdi

Bakıda polis əməkdaşı qəza törədib.

Aktual.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Həsən Bəy Zərdabi küçəsi 77 ünvanında qeydə alınıb. 29-cu Polis Bölməsinin sahə inspektopru, polis baş-leytenantı Əşrəf İbrahim oğlu Əlizadənin idarə etdiyi “Toyota Prado” markalı, 10 HR 004 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakinləri – Vaqif Əliyevin idarə etdiyi “Mercedes” və Eldəniz Musayevin idarə etdiyi “Mercedes” markalı maşınlarla toqquşub. Nəticədə polis əməkdaşı xəsarətlə xəstəxanaya müraciət edib.

Faktla bağlı araşdırma aparılır. 

 
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR