Bakıda piyada zolağından keçən qadını maşın vurdu

Bakıda piyada zolağından keçən qadını maşın vurdu

Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az report-a istinadən xəbər verir ki, 1964-cü il təvəllüdlü Həsənova Yeganə Kərim qızı 8-ci kilometr bazarının qarşısında piyada keçidindən keçərkən onu minik avtomobili vurub.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Sürücü faktla əlaqədar olaraq Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
 
Aktual.az 
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR