Bakıda kişi keçmiş arvadını öldürdü, yanındakı oğlanı isə bıçaqladı - YENİLƏNİB

Bakıda kişi keçmiş arvadını öldürdü, yanındakı oğlanı isə bıçaqladı - YENİLƏNİB

Bakıda törədilən qətlin təfərrüatları məlum olub.

Aktual.az APA-ya istinadən xəbər verir ki, qətlə yetirilən qadının Zəhra İbrahimova olduğu açıqlanıb. Hadisəni Z. İbrahimovanın keçmiş həyat yoldaşı Rəşad İbrahimov törədib. Belə ki, keçmiş həyat yoldaşını oğlanla görən R. İbrahimov onların hər ikisini bıçaqlayıb. Nəticədə Z. İbrahimova ölüb, onun yanında olan Emin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

****

Bakıda dəhşətli qətl törədilib.

APA-nın məlumatına görə, hadisə bu gün saat 10.00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, "Şərq” bazarı yaxınlığında qeydə alınıb. Şəxsiyyəti hələ istintaqa məlum olmayan bir qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
 
Aktual.az
Xəbər 630 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR