Bakıda müəllim şagirdi alçaltdı – "Səndən iyrənirəm"

Bakıda müəllim şagirdi alçaltdı –

"Bakıda 123 saylı məktəbin Kəmalə adlı müəlliməsi 3-cü sinif şagirdi Kənana dəfələrlə "səndən iyrənirəm” deyərək təhqir edib. Kəmalə, uşaqları məktəbdən iyrəndirən sizin kimi müəllim adına ləkə gətirənlərdir. İmkansız, kasıb ailənin uşağına köynəyinə görə "iyrənirəm” dediyiniz üçün ayıb olsun!”
Bu sözləri jurnalist Aytən Səfərova sosial şəbəkədə paylaşıb.

Jurnalistin bu iddiası ilə bağlı məktəblə əlaqə saxladıq. Lakin bu xəbərə münasibət bildirmək istəmədiklərini və bütün məlumatları Bakı Şəhəri üzrə Təhsil İdarəsinə verdiklərini dedilər.
İdarədən isə Publika.az-a bildirdilər ki, Xəzər rayonundakı 123 nömrəli tam orta məktəbin 3 c sinif şagirdi Kənan Rufullazadəyə sinif müəllimi məktəbli köynəyinin təmiz olmamasını və gigiyenik qaydalara əməl etməməsini irad tutub.
"Bu zaman müəllim şagirdin şərəf və ləyaqətinə toxunacaq heç bir təhqiramiz ifadə işlətməyib”.
 
Aktual.az 
Xəbər 3115 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR