Bakıda metronun qarşısında FACİƏ: YIXILIB ÖLDÜ - FOTO

Bakıda metronun qarşısında FACİƏ: YIXILIB ÖLDÜ - FOTO

Bu gün Bakıda yaşlı kişi küçədə ölüb.
 
Lent.az xəbər verir ki, saat 9:30 radələrində Yasamal rayonu Cəfər Cabbarlı küçəsində - metronun "Nizami” stansiyasının yaxınlığında 55-60 yaşlı kişi qəfil yıxılıb. Hadisə yerinə polis və təcili yardım briqadası gəlib. Məlum olub ki, həmin şəxs artıq keçinib.
 
Araşdırma zamanı məlum olub ki, ölən şəxs paytaxt sakini, 1958-ci il təvəllüdlü İmanov Fəxrəddin Fəyyaz oğludur. Onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir.
 
Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı ilk məlumatı cebhe.info saytı yayıb.
Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR