Bakıda metroda dava: Oğlan söyüş söyən qadına şillə vurdu – FOTO

Bakıda metroda dava: Oğlan söyüş söyən qadına şillə vurdu – FOTO

Bu gün təxminən bir saat əvvəl metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb.

Aktual.az  xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.
Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan çıxarılıb.
Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.
 
Aktual.az
Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR