Bakıda "Mercedes" körpüdən aşdı - ÖLƏN VAR

Bakıda

Bakının Qaradağ rayonunda, Bakı-Ələt magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Aktual.az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü və bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Meyitlərdən birini maşından çıxarmaq mümkün olmayıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
 
Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, yaralılar ora gətirilib. Onlardan birinin vəziyyəti ağırdır.
 
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar arasında polis əməkdaşı da var.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.
 
 
Aktual.az
Xəbər 381 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR