Bakıda mənzilə basqın: ölən və yaralananlar var – FOTO + YENİLƏNİB

Bakıda mənzilə basqın: ölən və yaralananlar var – FOTO + YENİLƏNİB

"Sovetski”də 1 nəfəri öldürüb, iki nəfəri yaralayan şəxs saxlanıldı

İyunun 22-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisində bir nəfəri qətlə yetirib iki nəfərə xəsarət yetirən şəxs saxlanılıb. 

Aktual.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiklləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda hadisədə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
****
Bakıda bir qrup şəxs mənzilə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.  

Aktual.az  apa.az-a istinadən xəbər verir ki, insident paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetiriblər.    
 
Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Mahirə Əliyeva xəstəxanada keçinib.

Faktla bağlı polis əməliyyat-axtarış tədbirləri həyata keçirir. 



Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR