Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a  verilən məlumata görə, dekabrın 18-də saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısaqapanmasından yanğın baş verib.
 
Nəticədə 200 kv/m sahədə yanar konstruksiyalar yanıb, xəsarət almış Xocalı rayon sakini İlkin Zamanlı və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayev xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
 
Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evlərinə gediblər.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR