Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda yol qəzası nəticəsində 1 nəfər həlak olub.

Aktual.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda avtomobil yolunda "Lada” markalı minik avtomobili "Volvo” markalı yük avtomobiliylə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq "Lada” markalı minik avtomobilində sıxılmış vzəiyyətdə qalmış 1972-ci il təvəllüdlü Abbasov Faiq İsaq oğlunun cəsədinin çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:56-da başa çatıb.
 
Aktual.az
Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR