Bakıda kütləvi dava — 1 nəfər bıçaqlandı

Bakıda kütləvi dava — 1 nəfər bıçaqlandı

Bakıda kütləvi dava zamanı 1 nəfər bıçaqlanıb. 

Aktual.az  "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində küçədə qeydə alınıb.

Belə ki, 8 nəfərin davası zamanı 23 yaşlı Ağayev Vüsal Nəsib oğlu bıçaqlanıb. O, təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Yaxınlarının dediyinə görə, V.Ağayev davada iştirak etməyib. O, dalaşan tərəfləri sakitləşdirməyə çalışıb və bu zaman bıçaqlanıb. 
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. 


Aktual.az
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR