BAKIDA kişi gənc qadını küçədə sürüdü

BAKIDA kişi gənc qadını küçədə sürüdü

Bakıda "Nizami" metro stansiyası qarşısında qadına qarşı zorakılıq edən şəxs saxlanılıb. 

Aktual.az  cebhe.info-ya istinadən xəbər verir ki, saat 13:30 radələrində "Nizami" metro stansiyasının qarşısında 30-35 yaşlarında olan şəxs gənc qadına qarşı zorakılıq edib. Onun qolundan tutaraq sürüməyə çalışıb. Vəziyyətin gərginliyini görən qadın polis çağırıb. Dərhal hadisə yerinə gələn polis əməkdaşları şəxsi sakitləşdirməyə çalışıb.  

Lakin polislərə müqavimət göstərən və onların əlindən çıxıb qaçmağa çalışan şəxs digər polis nəfərlərinin köməkliyi ilə yaxınlıqdakı Metropolitenin polisinə aparılıb. 

Qadın isə polis bölməsinə getməkdən imtina etsə də, kişidə olan əşyalarını geri almaq üçün onunla bərabər getməli olub. 

Qeyd edək ki, 30-35 yaşlarında olan vətəndaş lal olduğu üçün ad-soyadını öyrənə bilmədik. Xanım isə özünü təqdim etməkdən imtina edib. 
 
Aktual.az
Xəbər 778 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR