Bakıda keçiriləcək dünya çempionatının tarixi açıqlandı

Bakıda keçiriləcək dünya çempionatının tarixi açıqlandı
  • İDMAN

Bakıda 2018-ci ildə keçiriləcək cüdo üzrə fərdi və komandalararası dünya çempionatının vaxtı dəyişdirilib. 

"Report"un məlumatına görə, mundial İsrail Cüdo Assosiasiyasının Beynəlxalq Cüdo Federasiyasından (İJF) etdiyi xahiş əsasında gələn il sentyabrın 20-də start götürəcək.
İsrail tərəfi Yəhudi təqvimi ilə sentyabrın 19-dək Yom Kippur bayramının qeyd olunacağını əsas gətirib. Xahişi nəzərə alan İJF tədbirin həmin həftə ərzində keçirilməməsinə qərar verib. Nəticədə İsrail nümayəndə heyəti Bakıdakı dünya çempionatında tam tərkibdə iştirak edəcək.
Bundan başqa, Azərbaycanın təşkilati baxımdan mundiala daha yaxşı hazırlaşmasından ötrü "Böyük Dəbilqə" turnirinin gələn il Bakıda keçirilməməsi qərara alınıb. Əvəzində bu yarış Almaniyanın Düsseldorf şəhərində təşkil olunacaq. Digər "Böyük Dəbilqə" yarışları Paris (Fransa), Yekaterinburq (Rusiya) və Tokio (Yaponiya) şəhərlərində keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 27-dək davam edəcək. 
 
Aktual.az
Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR